İran Mərkəzi Bankının sədr müavini Seyyid Həmid Purməhəmmədi: “İran investorları Azərbaycanın bank sistemində iştirakda maraqlıdır” - MÜSAHİBƏ

İran Mərkəzi Bankının sədr müavini Seyyid Həmid Purməhəmmədi: “İran investorları Azərbaycanın bank sistemində iştirakda maraqlıdır” - <font color=red>MÜSAHİBƏ</font>
# 23 iyun 2010 14:37 (UTC +04:00)
- Yaxın perspektivdə İranda fəaliyyət göstərən bankların Bakıda nümayəndəliklərinin açılması gözlənilirmi? Bununla bağlı Azərbaycan Mərkəzi Bankına müraciət edilibmi?

- İran və Azərbaycan müştərək zəngin tarixi keçmişə malikdirlər. Bizim hava, yer və su sərhədlərimiz var. Bu da İran üçün Azərbaycan Respublikası ilə iqtisadi və bank sahəsində əlaqələrin genişlənməsinə əsaslı zəmin yaradır. Azərbaycanın son illər yüksək səviyyədə iqtisadi inkişafı və irəliləyişi bizə bu dost, qonşu ölkə ilə bank sahəsində münasibətləri daha da inkişaf etdirməyə əsas verir. İran bankları Azərbaycanda öz nümayəndəliklərini açmaq üçün hazır olduqlarını bildirib. İran qanunları da buna imkan verir. Biz Azərbaycanın bank rəhbərlərini İrana dəvət edirik və həmişə əməkdaşlıq etməyə hazırıq. Hazırda Azərbaycanda «Melli İran Bankı»nın Bakı şöbəsi fəaliyyət göstərir. Amma İran banklarının Azərbaycanda fəaliyyəti və nümayəndəliklərinin açılması üçün hələ Azərbaycanın Mərkəzi Bankına yeni müraciət olmayıb.

- İranda fəaliyyət göstərən bankların Azərbaycandakı kommersiya banklarının nizamnamə kapitalında iştirak payı alması ilə bağlı fikirlərinizi bilmək istərdik...

- Hazırda mənimlə İran banklarının bir neçə müdiri Bakıya gəlib və onların bununla bağlı müxtəlif görüşləri olacaq. İran bank rəhbərləri bu işdə maraqlıdırlar və öz fikirlərini bildirəcəklər. İran dövlətinin qanunları da buna icazə verir və biz İran Mərkəzi Bankı olaraq İran banklarına Azərbaycandakı kommersiya bankları ilə işləməyə lisenziya verməyə hazırıq.

- Azərbaycanda İslam bankçılığının inkişaf etdirilməsində İran Mərkəzi Bankının nə kimi dəstəyi ola bilər?

- İran hər şeydən öncə öz bank sistemini islami qanunlara əsasən tənzimləyir. Bu da 70 il əvvəl iranlı alim Məhəmmədbaqir Sədrin İslam bankçılığı barədə yazdığı kitaba əsaslanır. Bizim İslam bankçılığı haqda kifayət qədər təcrübəmiz var və bu təcrübəni Azərbaycanlı qardaşlarımızla bölüşməyə hazırıq. Biz həm Azərbaycan bank sistemində işləyənləri İran Mərkəzi Bankına dəvət edirik, həm də özümüzdən bank sahəsində olan təcrübəli insanları qrup şəklində Azərbaycana göndərə bilərik. Beləliklə, iki ölkə arasında İslam bankçılıq sistemini inkişaf etdirə bilərik. Onu da qeyd edim ki, İranda bank sistemində işləyənlərin çoxu azərbaycanlılardır. Elə bilirəm ki, bu, əməkdaşlığımızın inkişafına daha da müsbət təsir göstərəcək.

- Bu ilin birinci yarısında İranla Azərbaycan arasında beynəlxalq pulköçürmə əməliyyatlarının ümumi həcmi və ötən illə müqayisəsi necədir?

- Bu ilin birinci yarısında İranla Azərbaycan arasında beynəlxalq pulköçürmə əməliyyatının ümumi həcminin nə qədər olduğunu dəqiq deyə bilmərəm. Amma bu göstəricinin yaxşı olduğunu bilirəm. Ümid edirəm ki, bundan sonra daha da yaxşı olacaq. Keçən illərə baxanda, bu rəqəm ilbəil artmaqdadır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR