Azərbaycan Beynəlxalq Bankı kapitalın artırılmasında maraqlıdır

Azərbaycan Beynəlxalq Bankı kapitalın artırılmasında maraqlıdır
# 24 iyun 2010 11:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) kapitalın adekvatlıq əmsalı 12% təşkil edir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev bildirib.

C.Hacıyevin sözlərinə görə, bankın kapitalının likvidliyi 30%-i üstələyir. Ümumilikdə, ABB-nin rəhbəri hesab edir ki, bankın nizamnamə kapitalının artırılmasına ehtiyac var, çünki bank genişləndikcə və inkişaf etdikcə, onun əlavə kapitala da ehtiyacı artır.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir. Cari ilin aprel ayının 1-nə bankın aktivlərinin həcmi 5 256,950 mln. manat, depozit portfeli 1 984,853 mln. manat, kredit portfeli 3 940,919 mln. manat, məcmu kapitalı 472,514 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat təşkil edib. Bankın hazırda 37 filialı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR