«Unibank» yeni plastik kartlar tətbiq edib

«Unibank» yeni plastik kartlar tətbiq edib
# 25 iyun 2010 14:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» MMC tərəfindən xidmət olunan «Unibank» ASC müştərilərə funt sterlinqlə plastik kartlar təqdim etməyə başlayıb. «MilliKart» MMC-dən «APA-Economics»ə verilən məlumata görə, artıq «Unibank» «VISA Inc.»da funt sterlinqlə «Multicurrency Settlement Service» üzrə sertifikasiya layihəsini tamamlayıb. Bu xidmət müştərilərə Azərbaycanda və xarici ölkələrdə «VISA» plastik kartları ilə funt sterlinqdə əməliyyatları konvertasiya xərcləri tutulmadan aparmaq imkanı yaradır.

Qeyd edək ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Hazırda «MilliKart» tərəfindən 13 banka xidmət göstərilir. Bu banklar tərəfindən 80 mindən çox ödəniş kartları emissiya edilib, 200-dən çox bankomat və 2 200-dən artıq POS-terminal quraşdırılıb.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivlərinin həcmi 347,378 mln. manat, depozit portfeli 145,873 mln. manat, kredit portfeli 220,705 mln. manat, məcmu kapitalı 57,075 mln. manat, o cümlədən nizamnamə kapitalı 30 mln. manat təşkil edib. Hazırda bankın 25 filialı, 64 bankomatı və 244 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR