«Bank of Baku» kredit müştəriləri üçün uduş kampaniyasını davam etdirir

«Bank of Baku» kredit müştəriləri üçün uduş kampaniyasını davam etdirir
# 05 avqust 2010 09:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC müştərilər arasında əvvəlki illərdə populyarlıq qazanan «Nümunəvi Müştəri» adlı uduş kampaniyasını davam etdirir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniya bankda uduş gününədək aktiv istehlak krediti olan və müsbət kredit tarixçəsinə malik müştərilərə şamil edilir.

Bankın növbəti həvəsləndirici aksiyası 2010-cu ilin avqustun 5-dən 2011-ci ilin avqustun 5-dək keçiriləcək. Bu müddət ərzində «Nümunəvi Müştəri» kampaniyasının 12 uduşu olacaq. Kampaniyanın uduşları cari ilin sentyabrın 3-də, oktyabrın 1-də, noyabrın 5-də, dekabrın 3-də, gələn ilin yanvarın 7-də, fevralın 4-də, martın 4-də, aprelin 1-də, mayın 6-da, iyunun 3-də, iyulun 1-də və avqustun 5-də keçiriləcək.

Beləliklə, kampaniya ərzində keçirilən uduşlarda qalib gələn kredit müştərilərinə 1 000 manat məbləğində pul hədiyyəsi, digər 5 müştərinin hər birinə isə 200 manat veriləcək. Uduş fondunun ümumi məbləği keçən il ilə müqayisədə təxminən 2 dəfə artırılaraq 24 min manata çatdırılıb.

Bankdan qeyd ediblər ki, «Nümunəvi Müştəri» kampaniyası müştərilərin kredit üzrə borcları vaxtında ödəmək motivasiyasını artırmağa yönəlmiş həvəsləndirici bir aksiyadır.

Xatırladaq ki, «Bank of Baku» ASC Azərbaycanın istehlak kreditləri bazarında fəaliyyət göstərən ən aktiv banklarından biridir. Bankın 2010-cu ilin iyulun 1-nə aktivlərinin həcmi 216,418 mln. manat, depozit portfeli 120,021 mln. manat, kredit portfeli 154,241 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 126,298 mln. manat, məcmu kapitalı 33,112 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,852 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR