Azərbaycanda ABŞ dollarının birja məzənnəsi iyulda 0,04% düşüb

Azərbaycanda ABŞ dollarının birja məzənnəsi iyulda 0,04% düşüb
# 05 avqust 2010 12:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin iyul ayında Bakı Banklararası Valyuta Birjasında (BBVB) Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi 0,04% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında Milli valyutanın revalvasiyası nəticəsində dolların birja məzənnəsi 0,8024 AZN/1 USD-dən 0,8021 AZN/1 USD-yə qədər düşüb. Nəticədə, milli valyutanın ABŞ dollarına qarşı nisbi ortaölçülü birja məzənnəsi iyul ayında 0,8026 AZN/1 USD-yə bərabər olub, halbuki, iyun ayında bu göstərici 0,8037 AZN/1 USD təşkil edirdi.

Xatırladaq ki, iyul ayında BBVB-nin valyuta bölməsində 89 mln. manat həcmində alqı-satqı əqdləri bağlanıb və bu, iyun ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR