“CredAgro”nun Zaqatala filialında külli miqdarda mənimsəmə faktı aşkarlanıb, filialın sabiq direktoru həbs olunub

“CredAgro”nun Zaqatala filialında külli miqdarda mənimsəmə faktı aşkarlanıb, filialın sabiq direktoru həbs olunub
# 10 avqust 2010 10:53 (UTC +04:00)
Məlumata görə, "CredAgro"nun Zaqatala filialının sabiq direktoru Şahid Əyyubov Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onun filial rəhbəri olduğu dövrdə qeyri-qanuni olaraq təşkilatın külli miqdarda pulunu mənimsədiyi məlum olub. Bundan başqa, Ş.Əyyubov vətəndaşların adına qanunsuz yolla kredit paylayıb. Həmin vətəndaşların əksəriyyəti Zaqatala rayon sakinidir və hazırda onların bir çoxunun Azərbaycanı tərk etdiyi deyilir. "CredAgro" təşkilatının Zaqatala filialında ümumilikdə 1 mln. manatdan çox mənimsəmə faktının aşkarlandığı bildirilir.

Məlum mənimsəmə faktı ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən xeyli sayda Zaqatala sakini istintaqa çağırılaraq ifadəsi alınıb. Təşkilatdan böyük məbləğdə kredit götürən digər vətəndaşlar isə ölkəni tərk etdiyindən onları dindirmək mümkün olmayıb.

Hazırda faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var. «CredAgro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR