Azərbaycan dövlət büdcəsinin profisiti 50%-dən çox artıb
16 avqust 2010 08:15 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcə gəlirlərinin 915,4 mln. manatını və ya 18,6%-ni əlavə dəyər vergisi, 728,5 mln. manatını (14,8%-ni) mənfəət vergisi, 273,7 mln. manatını (5,5%-ni) əhalidən tutulan gəlir vergisi, 185,5 mln. manatını (3,8%-ni) aksiz vergisi, 64,8 mln. manatını, yaxud 1,3%-ni mədən vergisi təşkil edib.
Bu vaxt ərzində büdcədən 4 276,7 mln. manat və ya 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,6% az vəsait xərclənib. Nəticədə, hesabat dövründə 646 mln. manat məbləğində və ya ümumi daxili məhsulun 3,3%-i qədər profisit yaranıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,3% çoxdur. Büdcə xərclərinin 38,2%-i və ya 1 633,4 mln. manatı iqtisadiyyatın inkişafına, 14,3%-i, yaxud 610,8 mln. manatı sosial müdafiə və sosial təminata, 12%-i və ya 513,2 mln. manatı təhsilə yönəldilib.
Büdcə xərclərinin 33,5%-i və ya 1 432,5 mln. manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.

Maliyyə
The Economist: Qaz ixracı artdıqca Azərbaycanın cari əməliyyatlar hesabı profisitdə qalacaq
12:50
17 sentyabr 2024
Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib
12:28
17 sentyabr 2024
Cəbrayılın Şükürbəyli kəndində 48 fərdi evin tikintisinə 7,7 mln. manat xərclənəcək
10:46
17 sentyabr 2024
Bu günün valyuta məzənnələri
09:12
17 sentyabr 2024