«Royal Bank» plastik kartlar üzrə yeni kampaniya keçirir

«Royal Bank» plastik kartlar üzrə yeni kampaniya keçirir
# 16 avqust 2010 08:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Royal Bank» ASC ölkədə ödəniş kartlarına diqqəti artırmaq və yeni müştəriləri cəlb etmək məqsədi ilə «Visa» plastik kartları üzrə yeni kampaniyaya başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində hər bir «Visa» kartı sifariş edən müştəri əlavə olaraq pulsuz «MasterCard» əldə edəcək. Eyni zamanda banka aid «Visa» kartları olan müştərilər kampaniya müddətində istənilən vaxt pulsuz «MasterCard» əldə edə bilərlər. Qeyd edək ki, kampaniya bu ilin sentyabr ayının 31-dək davam edəcək.

Bankdan həmçinin bildirilib ki, yaxın vaxtlarda ödəniş kartları sferasında ölkədə analoqu olmayan yeni layihəyə start veriləcək.

Xatırladaq ki, əsas təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 31 filialı, 8 mübadilə məntəqəsi, 31 bankomatı və 104 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR