Maliyyə Nazirliyi sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçirəcək

Maliyyə Nazirliyi sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçirəcək
# 17 avqust 2010 08:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin avqust ayının 20-də Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün növbəti imtahan keçiriləcək.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki imtahanlarda iştirak etmiş, lakin keçməmiş və ya sənədləri nazirliyə tam olaraq təqdim olunmuş şəxslər də imtahanda iştirak üçün bu ilin avqust ayının 19-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə telefon nömrələri (+99412 404 46 99) və ya e-mail vasitəsilə ([email protected]) əlaqə saxlaya bilərlər.

Sənədlərini nazirliyə tam şəkildə təqdim etməmiş şəxslər (agentlər üçün - VÖEN-in notarial qaydada təsdiq olunmuş surəti istisna olmaqla) imtahana buraxılmayacaqlar.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun olaraq keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR