Türkiyə prezidenti Bakıda «Azər-Türk Bank»ın yeni baş ofisinin açılışında iştirak edib

Türkiyə prezidenti Bakıda «Azər-Türk Bank»ın yeni baş ofisinin açılışında iştirak edib
# 17 avqust 2010 13:00 (UTC +04:00)
Bunu «APA-Economics»ə bankın Təşkilati Departamentinin direktoru Pərvanə Məmmədova bildirib.

P.Məmmədovanın sözlərinə görə, Xocalı prospekti,55 ünvanında yerləşən yeni baş ofisin açılış mərasimində Bakıda səfərdə olan Türkiyə prezidenti Abdullah Gül də iştirak edib. Prezident bankın yeni ofisdə quraşdırılmış müasir avadanlıq və iş şəraiti ilə yaxından tanış olub.

Qeyd edək ki, yeni baş ofis bank tərəfindən icarəyə götürülüb. Bankın əvvəlki baş ofisi isə paytaxtın İslam Səfərli küçəsi,5 ünvanında yerləşib. Hazırda həmin ofis bankın «Mərkəz» filialı kimi fəaliyyət göstərir.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 4 bankomatı və 21 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR