Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi sabit qalıb

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi sabit qalıb
# 19 avqust 2010 12:59 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2010-cu ilin yanvar-iyul ayları üzrə 1,39 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, yanvar-iyun ayları ilə müqayisədə indeks dəyişməz qalıb. Xatırladaq ki, bu göstərici son aylar ərzində davamlı artım nümayiş etdirib:




Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar-iyul ayları üzrə indeks əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini 39% üstələyir.

Bu indeksin 1-dən çox olması əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətindən üstün olduğunu göstərir. Bundan başqa, indeksin əvvəlki müddətlə müqayisədə artması bu üstünlüyün gücləndiyini, sabit qalması isə onun dəyişmədiyini əks etdirir.

Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında pərakəndə əmtəə dövriyyəsi 7 348 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 2 426,4 mln. manat, əhalinin gəlirləri isə 13 604 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR