«Expressbank» nizamnamə kapitalını artırıb

«Expressbank» nizamnamə kapitalını artırıb
# 25 avqust 2010 06:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC nizamnamə kapitalını 34% artıraraq 34,7 mln. manata çatdırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu günlərdə Bakı Fond Birjasında «Expressbank»ın ümumi məbləği 8,7 mln. manat, hər birinin nominal dəyəri 208 manat olan 41 828 ədəd adi adlı sənədsiz səhmlərinin emissiyası yerləşdirilib.

Xatırladaq ki, «Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə faliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 76,329 mln. manat, depozit portfeli 43,071 mln. manat, kredit portfeli 37,811 mln. manat, məcmu kapitalı 28,047 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 8 filialı, 29 bankomatı və 8 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR