Ruslar xaricə hər gün 73 mln. dollar pul köçürür

Ruslar xaricə hər gün 73 mln. dollar pul köçürür
# 25 avqust 2010 15:29 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin birinci yarısında Rusiya vətəndaşları xaricə hər gün 73 mln. dollar həcmində pul köçürüblər.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Rusiya Federasiyası Mərkəzi Bankının saytında yerləşdirilib.

Hesabat dövründə ölkədən pul köçürmələrinin həcmi 13,2 mlrd. dollar təşkil edib ki, bu da 2009-cu ilin müvafiq göstəricisindən 25% çoxdur.

Uzaq xaricə pul köçürmələrinin həcmi 27,5% artaraq 8,6 mlrd. dollar olub. MDB ölkələrinə pul köçürmələrində isə 19,5% artım qeydə alınıb və 4,6 mlrd. dollara çatıb.

Xaricdən Rusiyaya pul köçürmələrinin həcmi 4,6 mlrd. dollar olub ki, bu da 2009-cu ilin müvafiq göstəricisindən 8% çoxdur.

Qeyd edək ki, 2009-cu ildə rusiyalılar ölkədən 25,4 mlrd. dollar pul çıxarıblar. Bunun müqabilində ölkəyə 9,2 mlrd. dollar vəsait köçürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR