«Xalq Sığorta» şirkətinin daxilolmaları son bir ildə 2,4 dəfə artıb

«Xalq Sığorta» şirkətinin daxilolmaları son bir ildə 2,4 dəfə artıb
# 27 avqust 2010 13:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Sığorta» şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 4,387 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 dəfə çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 89% artaraq 871,3 min manata çatıb.

Bu müddət ərzində könüllü sığorta növləri üzrə yığımların həcmi 4,309 mln. manat, icbari sığorta növləri üzrə daxilolmaların həcmi 77,197 min manat, təkrarsığorta üzrə qəbul edilmiş sığorta mükafatlarının həcmi 5,250 min manat, təkrarsığortaya ötürülmüş sığorta mükafatları isə 3,189 mln. manat olub.

Sığorta ödənişlərində 861,574 min manat könüllü, 9,275 min manat isə icbari sığorta növlərinin payına düşüb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında şirkət 824,872 min manat həcmində mənfəət əldə edib. Şirkət tərəfindən indiyədək bağlanmış sığorta müqavilələrinin sayı 7 744-a çatıb ki, bunun da 7 039-u könüllü sığorta növlərinin payının düşüb.

Xatırladaq ki, «Xalq Sığorta» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 21,062 mln. manat təşkil edir. Şirkət müştərilərə 26 növ sığorta xidməti göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR