Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri iyulda kəskin artıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri iyulda kəskin artıb
# 30 avqust 2010 14:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis beynəlxalq ehtiyatlarının həcmi 2010-cu ilin avqust ayının 1-nə 4 908 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 999,2 mln. manat və ya 25,6% çoxdur.

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən xarici aktivlərin həcmi 650,8 mln. manat və ya 15,3% artıb. O cümlədən, iyul ayında bu göstərici 425,1 mln. manat və ya 9,5% artıb.

Xalis xarici aktivlərin tərkibində olan məcmu beynəlxalq ehtiyatların həcmi son bir ildə 984,8 mln. manat və ya 24,8%, ilin əvvəlindən 641,7 mln. manat və ya 14,9%, iyul ayında isə 423,8 mln. manat və ya 9,4% artaraq avqustun 1-nə 4 949,3 mln. manat təşkil edib.

Eyni zamanda, AMB-nin öhdəliklərinin həcmi son bir ildə 13,4 mln. manat və ya 24,5%, ilin əvvəlindən 9,1 mln. manat və ya 18,1%, iyul ayında 1,2 mln. manat və ya 2,8% azalaraq avqustun 1-nə 41,2 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR