Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi kəskin azalıb

Bakı Banklararası Valyuta Birjasının dövriyyəsi kəskin azalıb
# 04 oktyabr 2010 07:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən elektron əməliyyatların ümumi həcmi 363,828 mln. manat təşkil edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 4,3 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-sentyabr ayları ərzində əməliyyətların həcmi 1 547,191 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR