Azərbaycanın daxili dövlət borcu 1,645 mlrd. manata çatıb

Azərbaycanın daxili dövlət borcu 1,645 mlrd. manata çatıb
# 06 oktyabr 2010 11:43 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın daxili dövlət borcunun həcmi 2010-cu il iyul ayının 1-i vəziyyətinə 1 644,5 mln. manat təşkil edib.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu borcun 172,9 mln. manatı 01.07.2010-cu il tarixinə yerləşdirilmiş 111,5 mln. manatlıq dövlət istiqrazlarının yerləşdirilməsi, 62,2 mln. manat mərkəzləşdirilmiş kredit resursları üzrə Mərkəzi Bankın silinmiş əsas borcu məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları, 70 mln. manat Mərkəzi Bankın kredit resursunu qaytarmaq üçün yerləşdirilmiş dövlət qiymətli kağızları, 255,5 mln. manat Mərkəzi Bankın əlavə xərclərə məruz qalması nəticəsində yaranmış kapital çatışmazlığının bərpa edilməsi məqsədilə buraxılmış sadə veksel üzrə hesablanıb.

Bununla yanaşı, 839,6 mln. manat Mərkəzi Bank tərəfindən bəzi investisiya layihələrinin icrası məqsədilə Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) verilmiş 750 mln. manata və ona hesablanmış faizlərə görə verilən dövlət zəmanəti üzrə (hesablanmış 110,6 mln. manatlıq faizlərlə birlikdə - 860,6 mln. manat), 244,3 mln. manat Mərkəzi Bank tərəfindən borcların restrukturizasiyası və investisiya layihələrinin həyata keçirilməsi məqsədilə «Azəralüminium» ASC-yə ayrılmış 202 mln. manat məbləğində kredit və bu kreditə hesablanan faizlərə verilən dövlət zəmanətin (ümumilikdə 247,3 mln. manat) payına düşür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR