Asiya İnkişaf Bankının nəqliyyat üzrə baş eksperti Azərbaycana gələcək

Asiya İnkişaf Bankının nəqliyyat üzrə baş eksperti Azərbaycana gələcək
# 06 oktyabr 2010 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayının 20-də Asiya İnkişaf Bankının (AİB) nəqliyyat üzrə baş mütəxəssisi Donq Su Pyo (Dong Soo Pyo) Azərbaycana səfər edəcək.

AİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, oktyabrın 23-dək davam edəcək səfər çərçivəsində AİB-in nəqliyyat üzrə baş mütəxəssisi Azərbaycan Nəqliyyat Nazirliyində bir sıra görüşlər keçirəcək və ölkədə hazırda icra olunan nəqliyyat layihələri ilə tanış olacaq.

Qeyd edək ki, bundan öncə Bakıda səfərdə olan D.Pyo qeyd etmişdir ki, AİB Azərbaycana avtomobil və dəmir yollarının yenidən qurulması, tikintisi və təkmilləşdirilməsi üçün kredit ayırmağa hazırdır.

Xatırladaq ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB Azərbaycanda Masallı-Astara avtomobil yolunun yenidən qurulmasında və «Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək» layihəsində iştirak edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR