ABŞ hökuməti bankların xilasına xərclədiyi vəsaitin miqdarını açıqlayıb

ABŞ hökuməti bankların xilasına xərclədiyi vəsaitin miqdarını açıqlayıb
# 06 oktyabr 2010 14:08 (UTC +04:00)
Bakı - APA-Economics. Maliyyə sektoruna yardım (TARP) proqramı ABŞ hökumətinə 50 mlrd. dollar zərər vurub.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi açıqlama yayıb.

Qeyd edək ki, maliyyə sektoruna yardım proqramının ümumi həcmi 700 mlrd. dollar olub. 2008-ci ilin oktyabr ayında qəbul olunmuş TARP proqramı kredit böhranı səbəbindən çətin duruma düşmüş maliyyə təşkilatlarına yardım edilməsini nəzərdə tutub.

ABŞ Maliyyə Nazirliyi hesab edir ki, proqramın icrası ölkənin maliyyə sistemini sabitləşdirmək imkanı yaradıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR