Azərbaycanda orta aylıq əmək haqqı 550 manata çatacaq

Azərbaycanda orta aylıq əmək haqqı 550 manata çatacaq
# 07 oktyabr 2010 09:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda orta aylıq əmək haqqı 2011-ci ildə 379 manat səviyyəsində proqnozlaşdırılır ki, bunun da illik real artım tempi 8,7% təşkil edir. Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, orta aylıq əmək haqqının tədricən artaraq 2014-cü ildə 550 manata çatacağı gözlənilir.

Ümumilkdə, 2009-cu ildə 298 manata bərabər olan orta aylıq əmək haqqının 2010-cu ildə 340 manat, 2011-ci ildə 379 manat, 2012-ci ildə 431 manat, 2013-cü ildə 485 manat, 2014-cü ildə isə 550 manat təşkil edəcəyi proqnozlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR