Azərbaycan Hesablama Palatası büdcə vəsaitlərinin xərclənməsi istiqamətlərini müzakirə edib

Azərbaycan Hesablama Palatası büdcə vəsaitlərinin xərclənməsi istiqamətlərini müzakirə edib
# 07 oktyabr 2010 12:45 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Hesablama Palatasının «Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında» və «Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi haqqında» qanun layihələri haqqında rəyi Palatanın kollegiya iclasında müzakirə edilib. İclasda rəylər təsdiqlənib və qanun layihələrinin Milli Məclisdə müzakirə edilməsi tövsiyə olunub.

«APA-Economics»in məlumatına görə, kollegiya iclasında həmçinin, dövlət büdcəsinin Quba rayonu üzrə yerli xərclərinin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan dövlət vəsaitlərinin icrası, Naxçıvan Muxtar Respublikasının büdcəsindən Muxtar Respublikanın Mədəniyyət və Turizm Nazirliyinin mərkəzi aparatının və Naxçıvan MR Sanitar Karantin Müfəttişliyinin saxlanılmasına və tədbirlərinə ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, təyinatı üzrə istifadəsinin düzgünlüyü üzrə Audit Proqramları təsdiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR