«AGLeasing» şirkətinin lizinq portfeli 3,650 mln. manata çatıb

«AGLeasing» şirkətinin lizinq portfeli 3,650 mln. manata çatıb
# 07 oktyabr 2010 14:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «AGLeasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 3,649 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 48,3% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin lizinqə verdiyi avadanlıqların dəyəri 40% azalaraq 6,375 mln. manat olub. Bu müddət ərzində şirkətin nizamnamə kapitalının həcmində artım olmayıb. Həmçinin, oktyabrın 1-nə şirkətin lizinq müqavilələrinin sayı 111-ə çatıb. Lizinq portfelinin strukturuna gəldikdə, tikinti, ictimai nəqliyyat və istehsalat sahələri portfelin əsasını təşkil edir.

Xatırladaq ki, «AGLeasing» şirkəti 2005-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «AGBank» ASC, Böyük Britaniyanın «Hyperion Capital İnvestments Ltd.» və ABŞ-ın «Delta Trans Group LLC» şirkətləri çıxış edir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR