Dünya Bankı: Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artım bərpa olunub

Dünya Bankı: Avropa və Mərkəzi Asiya ölkələrində iqtisadi artım bərpa olunub
# 09 oktyabr 2010 07:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa və Mərkəzi Asiya regionunun keçid iqtisadiyyatı olan ölkələrində iqtisadi artımın bərpası müşahidə olunur. “APA-Economics”in məlumata görə, bu bəyanatla Dünya Bankının vitse-prezidenti Filip le Ueru çıxış edib.

Onun sözlərinə görə, bu regionda iqtisadi artım 2010-cu ildə 3,9% səviyyəsində gözlənilir ki, bu da əsasən Türkiyə, Rusiya və Polşada yüksək iqtisadi artımın hesabına baş verəcək. Qeyd edək ki, 2009-cu ilin yekunlarına görə regionda 5,1%-lik iqtisadi geriləmə müşahidə olunub.

Vitse-prezident, həmçinin vurğulayıb ki, iqtisadiyyatın bərpası prosesində böyük problem olan məşğulluğun artmaması müşahidə olunub. O bu baxımından yalnız Türkiyəni istisna kimi qeyd edib. Türkiyədə iş yerlərin artması müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR