«Azər-Türk Bank» istehlak kreditləşməsini artırıb

«Azər-Türk Bank» istehlak kreditləşməsini artırıb
# 12 oktyabr 2010 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azər-Türk Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 53,545 mln. manat təşkil edib ki, bu da 2009-cu il oktyabrın 1-nə olan analoji göstəricidən 7,72% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 10,4% artaraq 29,064 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 13,4% artaraq 11,733 mln. manata çatıb. Bu müddət ərzində bankın depozit portfeli 1,3% azalaraq 30,903 mln. manat, o cümlədən əhalidən cəlb edilmiş əmanətlərin həcmi 7,5% azalaraq 12,853 mln. manat olub.

Həmçinin, son bir ildə bankın məcmu kapitalı 2,7% artaraq 12,128 mln. manat, o cümlədən nizamnamə kapitalı təxminən 10% artaraq 10,991 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri 5,1% artaraq 5,763 mln. manat, xərcləri isə 26,9% ataraq 4,778 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 42,6% azalaraq 985 min manat təşkil edib. Bu dövrdə bank tərəfindən əlavə 2 filial açılıb, həmçinin 3 bankomat və 6 POS-terminal quraşdırıb.

Xatırladaq ki, «Azər-Türk Bank» ASC 1995-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda Türkiyənin «Ziraat Bankası» (46%), «Ziraat Bank İnternational AG» (4%) və Azərbaycanın «Aqrarkredit» bank olmayan kredit təşkilatı (46%), «Turanbank» ASC (4%) çıxış edir. Hazırda bankın ölkə üzrə 4 filialı, 7 bankomatı və 22 POS-terminalı fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın 17 460 müştərisi, 1 487 aktiv plastik kartı və 118 işçisi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR