ABŞ-da maliyyəçilərin maaşları rekord həddə çatıb

ABŞ-da maliyyəçilərin maaşları rekord həddə çatıb
# 13 oktyabr 2010 08:58 (UTC +04:00)
Bakı - APA-Economics. Bu il ABŞ maliyyə şirkətlərinin əmək haqlarına xərcləri rekord səviyyəyə çatacaq ki, bu da ötən ilki rekordun yenilənməsi demək olacaq.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, Nyu-Yorkun Uoll-Strit küçəsində yerləşən 35 şirkətdə mükafatların həcmi 144 mlrd. dollar olacaq ki, bu da ötən ilki göstəricidən 4% çoxdur.

Maliyyəçilərin maaşları şirkətlərin mənfəəti ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. “The Wall Street Journal”ın tədqiqata cəlb etdiyi şirkətlərin xalis mənfəəti 2010-cu ildə 61 mlrd. dollar təşkil edəcək ki, bu da 2006-cı ildə qeydə alınmış rekord göstəricidən (82 mlrd. dollar) 25% azdır. O vaxtdan bəri kompensasiyaların həcmi isə 23% artıb.

Qeyd edək ki, ABŞ hökuməti ictimaiyyətin tənqidlərindən təzyiq vasitəsi kimi yararlanaraq bankirlərin bonuslarına əlavə vergilər tətbiq etməyə çalışsa da, ciddi uğurlar qaza bilməyib. Yalnız mükafatların strukturunu dəyişmək mümkün olub - indi onlar daha çox səhm və digər maliyyə alətləri vasitəsilə ödənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR