Azərbaycanda sosial sığorta haqları artırıla bilər

Azərbaycanda sosial sığorta haqları artırıla bilər
# 13 oktyabr 2010 09:47 (UTC +04:00)
«APA-Economics»in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, Azərbaycanda üç pilləli pensiya təminatı sistemi qurulur: «Birincisi, həmrəylik prinsipinə, nominal yığıma əsaslanan və bu gün qüvvədə olan sistemə əsaslanan sistemdir. İkinci sistem real yığıma əsaslanır, üçüncüsü isə özəl pensiya fondlarıdır».

DSMF sədrinin fikrincə, I və II sistemin normal fəaliyyət göstərməsi üçün sosial sığorta haqları 35%-ə çatdırılmalıdır: «Artırılan 10%-in böyük hissəsinin işçilərin hesabına ödənilməsi məqsədəuyğun olardı. Məsələn, Almaniyada sosial sığorta haqlarının yarısını işəgötürən təşkilat, yarısını işçi ödəyir. Doğrudur, hazırkı Azərbaycan reallığında sosial sığorta haqlarını bu həddə çatdırmaq mümkün deyil. Amma nəzərə alaq ki, «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nda sosial sığorta haqlarının tədricən artırılması nəzərdə tutulub».

Xatırladaq ki, hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25%-dir. Bunun 22%-ni işəgötürən təşkilat, 3%-ni isə işçi ödəyir.

S.Müslümov qeyd edib ki, hazırda Azərbaycanda muzdlu işçi kimi qeydiyyatda olub sosial sığorta haqqı ödəyənlərin sayı 1,360 mln. nəfər, pensiyaçıların sayı 1,300 mln. nəfər, kənd təsərrüfatında çalışanların sayı 300 min nəfərdir: «Bundan başqa, hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olanlar da var. Orta hesabla 1 pensiyaçıya 1,14 nəfər sosial sığorta haqqı ödəyən düşür».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR