Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılmasına və xaricdə tədbirlərin keçirilməsinə 100 milyon manat ayrılacaq

Azərbaycanın diplomatik nümayəndəliklərinin saxlanılmasına və xaricdə tədbirlərin keçirilməsinə 100 milyon manat ayrılacaq
# 13 oktyabr 2010 10:34 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov parlamentdə “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

S. Seyidov bildirib ki, bu vəsaitin 51 milyonu diplomatik nümayəndəliklərin saxlanılması üçün ayrılacaq. Xaricdə ayrı-ayrı tədbirlərin keçirilməsi üçün 34 milyon manat, Azərbaycanın xaricdə imicinin yüksəldilməsi ilə bağlı kiçik tədbirlərə isə 15 milyon manat ayrılması planlaşdırılır.

S. Seyidov onu da əlavə edib ki, Avropa İttifaqı Cənubi Qafqaz ölkələri üçün 1 milyon 700 min avro vəsait ayırıb ki, bunun da 1,2 milyonu Azərbaycanın payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR