Azərbaycanda zərərlə işləyən bankların sayı kəskin artıb

Azərbaycanda zərərlə işləyən bankların sayı kəskin artıb
# 15 oktyabr 2010 08:02 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə zərərlə işləyən bankların sayı 2,3 dəfə artıb, zərərlə işləyən bankların sayının ölkənin bank sektorunda xüsusi çəkisi isə 2,2 dəfə artıb.

Hesabat dövründə mənfəətlə işləyən banklar üzrə məcmu mənfəət 114,96 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 80,71 mln. manat və ya 41% azdır. Eyni zamanda, zərər üzrə kəskin artım baş verib. Belə ki, zərərlə işləyən banklar üzrə məcmu zərər son bir ildə 24,81 mln. manat və ya 3,8 dəfə artaraq 33,79 mln. manata çatıb.

Bank sisteminin bu dərəcə mənfi nəticələri bir tərəfdən gözləniləndir. Belə ki, dünya maliyyə böhranın kəskinləşməsi və onun Azərbaycan maliyyə-bank sisteminə təsirinin azaldılması məqsədi ilə banklar aktiv əməliyyatlara daha ehtiyatla yanaşmağa başlayıb. İlk növbədə bu kreditləşmənin azaldılması, kreditalanlara qarşı tələblərin kəskin sərtləşdirilməsində özünü göstərib ki, nəticədə bankların faiz gəlirləri azalır. Paralel olaraq bankların depozit bazasının artması davam etməkdədir, bankların maddi-texniki bazasının təkmilləşməsinə çəkilən xərclər də eyni səviyyədə qalır və bütün bunların nəticəsində banklar xərclərin artması və ya eyni səviyyədə qalması fonunda daha az gəlir əldə edir. Göründüyü kimi, bu proses artıq daha çox sayda bankları əhatə etməyə başlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR