Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo iki dəfə artıb

Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo iki dəfə artıb
# 18 oktyabr 2010 08:15 (UTC +04:00)
Bu isə ötən ilin analoji dövrünə nisbətən 98,1% çoxdur.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə Azərbaycan 140 ölkə ilə 20 212,164 mln. dollar həcmində ticarət əməliyyatı aparıb. Ötən ilin ilk 9 ayına nisbətən bu il ticarət əməliyyatlarının ümumi həcmi 40,65% artıb. Bu müddət ərzində ölkədən 15 667,894 mln. dollar dəyərində 1 907 adda mal ixrac, 4 544,270 mln. dollar dəyərində 5 673 adda mal idxal edilib.

Keçən ilin ilk 9 ayına nisbətən ixrac əməliyyatlarının həcmi 56,78%, idxal isə 3,81% artıb.

İxracın əsas hissəsi (92,74%) xam neft və neft məhsullarının payına düşüb. İlk 9 ayda ixracın 86,6%-ni xam neft (2009-cu ilin 9 ayına nisbətən 69,93% artım), 6,14%-ni neft məhsulları (17,42% azalma), 0,9%-ni bitki və heyvan mənşəli mallar (58,45% artım), 0,55%-ni qara metallar və ondan hazırlanan məmulatlar (41% artım), 0,44%-ni meyvə-tərəvəz (27% azalma), 0,22%-ni kimya sənayesi məhsulları (78% artım) təşkil edib.

İdxalın 25,96%-i maşın və elektrik aparatları, avadanlıqlar, elektrotexniki avadanlıqlar və onların ehtiyat hissələri (21,28% azalma), 14,66%-i ərzaq məhsulları (30,95% artım), 13,2%-i nəqliyyat vasitələri və onların hissələri (0,43% artım), 12,74%-i qara metallar və ondan hazırlanan məmulatlar (40,54% artım), 2,4%-i oduncaq və ondan hazırlanan məmulatlar (93,4% artım), 2,22%-i əczaçılıq məhsullarının (3% azalma) payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR