Türkiyə Beynəlxalq Valyuta Fonduna olan borcunu 2013-cü ilədək ödəyəcək

Türkiyə Beynəlxalq Valyuta Fonduna olan borcunu 2013-cü ilədək ödəyəcək
# 18 oktyabr 2010 09:57 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyə Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcunu 2013-cü ilədək tam ödəyəcək.

APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, hazırda borcun məbləği 6,1 mlrd. dollar təşkil edir: “Bizim hökumət 2003-cü ildə 23,5 mlrd. dollara çatan borcu bu səviyyəyə endirdi. 2012-ci ilin sonunadək borcumuzu tam ödəməyi planlaşdırırıq”.

“Qlobal iqtisadi böhran bütün dünyaya mənfi təsir etsə də, son üç rüb ərzində Türkiyə iqtisadiyyatında artım qeydə alınıb, işsizliyin səviyyəsi isə azalır. 2010-cu ilin ilk iki rübü ərzində Türkiyə iqtisadiyyatı 11% artıb” - deyə baş nazir qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR