ABŞ-a kapital axını avqust ayında 39 mlrd. dollar olub

ABŞ-a kapital axını avqust ayında 39 mlrd. dollar olub
# 19 oktyabr 2010 08:14 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-a xalis kapital axını cari ilin avqust ayında 38,9 mlrd. dollar təşkil edib.

APA-Economics”in xəbərinə görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, iyul ayında bu göstərici 63,3 mlrd. dollar olub.

Qeyd edək ki, dünya iqtisadiyyatının qeyri-müəyyən bərpası fonunda ABŞ-ın qiymətli kağızlarına maraq artır. Hesabat ayında yalnız Rusiya və Tayvan ABŞ Maliyyə Nazirliyinin istiqrazlarında (treasuries) olan payını azaldıb. Çin isə payını artırmaqda davam edərək bu sahənin lider ölkəsinə çevrilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR