«Access Bank» gələn il filial şəbəkəsini genişləndirəcək

«Access Bank» gələn il filial şəbəkəsini genişləndirəcək
# 22 oktyabr 2010 06:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn il ərzində «Access Bank» QSC filial şəbəkəsini bir qədər də genişləndirəcək. «APA-Economics»in məlumatına görə, bunu «Access Bank»ın İdarə Heyətinin sədri Endrü Pospielovski bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə ötən il və bu il olduğu kimi «Access Bank» filial şəbəkəsini genişləndirəcək: «Gələn il bir neçə filial açsaq belə, onların sayı 2009-2010-cu illərdə istifadəyə verdiyimiz filialların sayından az olacaq. Belə ki, hazırda Bankın filial şəbəkəsi demək olar ki, Azərbaycanın bütün regionlarını əhatə edir».

E.Pospielovski onu da bildirib ki, 2011-ci ildə «Access Bank» biznesin optimllaşdırılması və risklərin idarə olunması istiqamətində işləri intensivləşdirəcək.

Qeyd edək ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR