Azərbaycanda əsas kapitala yatarılan sərmayənin həcmi son bir ildə 49% artıb

Azərbaycanda əsas kapitala yatarılan sərmayənin həcmi son bir ildə 49% artıb
# 22 oktyabr 2010 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1 399,8 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə xarici mənbələrdən ölkənin əsas kapitalına yatırılmış investisiyaların həcmi 48,7% artıb.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən bu ilin ilk 9 ayı ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 308,8 mln. manatı (93,5%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Koreya və Fransa investorlarına məxsus olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR