Azərbaycanda IPI indeksi sentyabrda artıb

Azərbaycanda IPI indeksi sentyabrda artıb
# 26 oktyabr 2010 09:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Sənaye İstehsalı İndeksi (Industrial Production Index – IPI) 2010-cu il sentyabr ayında 100,9% təşkil edib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks cari ilin avqustunda 100,2%-ə bərabər olub:




IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə nisbətdi kimi hesablanıb. Belə ki, indeks sentyabr ayında istehsal edilmiş məhsulun dəyəri (2,098 mlrd. manat) avqustda istehsal edilmiş məhsulun dəyərinə (2,080 mlrd. manat) bölünməklə hesablanıb.

İndeksin artması sentyabr ayında istehsalın aylıq artımının avqust göstəricisindən daha çox olduğunu göstərir. Ümumiyyətlə, indeksin 100%-dən çox olması sentyabrda sənaye istehsalının avqustla müqayisədə artmasını əks etdirir ki, bu, indeksin artması ilə birlikdə daha bir müsbət dinamikadan xəbər verir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2010-cu ilin yanvar-sentyabr aylarında ölkədə sənaye istehsalı 20 409,8 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR