BFB-da 10307626S seriyalı 8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-da 10307626S seriyalı 8 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 26 oktyabr 2010 16:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10307626S seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 5 investor tərəfindən təqdim olunmuş sifarişlərin nominal üzrə ümumi həcmi 12 177 100 manat təşkil edib. Sifarişlər 98,55% (gəlirlik 2,95%) – 99,53% (gəlirlik 2,99) qiymət intervalında təqdim olunub. Emitent tərəfindən istiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti 98,55% (gəlirlik 2,99%), orta ölçülmüş qiymət isə 99,53% (gəlirlik 2,99%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, istiqrazların nominal üzrə reallaşdırılmış həcmi, o cümlədən 1,6 mln. manat həcmində qeyri rəqabətli sifarişlər daxil olmaqla, 8 mln. manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-cu ilin aprelin 26-da icra olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR