Dünya valyuta bazarında ticarət həcmi 20% artıb

Dünya valyuta bazarında ticarət həcmi 20% artıb
# 28 oktyabr 2010 10:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya birjalarında valyuta ilə aparılan ticarət əməliyyatlarının gündəlik həcmi son 3 ildə 20% artaraq 4 trln. ABŞ dollarına çatıb. «APA-Economics»in məlumatına görə, İsveçrənin USB bankın proqnozunda deyilir ki, 2020-ci ildə bu göstərici 2,5 dəfə artaraq 10 trln. dollara çatacaq.

Qeyd edək ki, valyuta ticarətinin 28%-i dollar/avro cütlüyün payına düşür və bu, həmin cütlüyü bütün ticarət əməliyyatlar üzrə lider edir. Hazırda gündəlik valyuta ticarətinin 1,9 trln. dolları mərkəzi banklar, pensiya fondları, hec-fondlar və sığorta şirkətləri tərəfindən aparılan əməliyyatların payına düşür. Mütəxəssislərin fikrincə, gələcək artım əsasən məhz bu qurumların öz portfellərinin diversifikasiyasını daha da fəal həyata keçirməsi hesabına təmin olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR