«Unibank»ın depozit portfeli son bir ildə 52% artıb

«Unibank»ın depozit portfeli son bir ildə 52% artıb
# 28 oktyabr 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unibank» ASC-nin aktivlərinin həcmi 2010-cu il oktyabr ayının 1-nə 358,884 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin oktyabrın 1-nə olan göstəriciyə nisbətən 4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 52,4% artaraq 150,169 mln. manata, o cümlədən əhalinin əmanətləri 113,294 mln. manata, kredit portfeli 3,5% azalaraq 231,295 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 4,3% artaraq 103,336 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 14% azalaraq 64,652 mln. manat, o cümlədən nizamnamə kapitalı isə 41,592 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 21% azalaraq 32,762 mln. manat, xərcləri isə 4,1% azalaraq 36,978 mln. manat olub. Nəticədə, bu ilin yanvar-sentyabr aylarında bankın zərəri 4,217 mln. manat təşkil edib. Ötən ilin 9 ayını isə bank 2,813 mln. manat mənfəətlə başa vurub.

Xatırladaq ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın 24 filialı, 63 bankomatı və 210 POS-terminalı mövcuddur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR