Gələn həftə «Royal Bank» prosessinq sistemini istifadəyə verəcək

Gələn həftə «Royal Bank» prosessinq sistemini istifadəyə verəcək
# 28 oktyabr 2010 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Royal Bank» ASC «Compass Plus» proqram kompleksi bazasında yaradılmış «Royal Card» universal prosessinq sistemini bu il noyabr ayının 2-dən etibarən istifadəyə verəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın müvafiq qərarı «Royal Bank»ın kart biznesinin inkişaf etdirilməsi üçün nəzərdə tutulub ki, bu da öz növbəsində EMV standartlı maqnit və çip kartlarının emissiyası daxil olmaqla, ödəniş kartları biznesi üzrə əməliyyatların səmərəliliyi və keyfiyyətinin artırılmasına, eləcə də lokal kartların buraxılmasına geniş imkanlar yaradacaq.

Bundan başqa, «Royal Card» proqram təminatı özündə dələduzluq əməliyyatlarının real vaxt rejimində monitorinqini və onların vaxtında qarşısının alınması üzrə proqram moduluna, eləcə də ödəniş terminallarının qoşulma modullarını, ödəniş kartları haqqında məlumatların hazırlanması və kartların şəxsiləşdirilməsini daxil edir.

«CompassPlus» bazasında yaradılmış yeni prosessinq sisteminin əsas məqsədi kart biznesində inkişaf və nağdsız ödənişlərin stimullaşdırılması planlarının yerinə yetirilməsinə rəvac verəcək bankdaxili kart biznesinin idarə edilməsinin strateji, əhəmiyyətli proseslərinə nəzarətin tam təmin edilməsindən ibarətdir.

«Royal Card»ın məhsulları adi debet və kredit kartları daxil olmaqla, unikal kombinələşdirilmiş hibrid kartlaradək ödəniş biznesinin bütün aspektlərinə, habelə loyallıq proqramlarının həyata keçirilməsi imkanlarına sahibdir.

Bankın İdarə Heyətinin sədr müavini Fərid Həsənovun sözlərinə görə, «CompassPlus» kimi müasir proqram kompleksi bazasında şəxsi prosessinq sisteminin tətbiqi bank daxilində kart biznesinin idarə edilməsinin əsas proseslərinə nəzarəti təmin edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR