«İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı gələn il xaricdən yeni kreditlər cəlb edəcək

«İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı gələn il xaricdən yeni kreditlər cəlb edəcək
# 29 oktyabr 2010 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «İnkişaf üçün Maliyyə» qeyri-bank kredit təşkilatı ölkədə yaranmış izafi likvidliklə əlaqədar 2011-ci ilin ortalarınadək xaricdən maliyyə vəsaiti cəlb etməyəcək. Bunu «APA-Economics»ə açıqlamasında təşkilatın İdarə Heyətinin sədri Cəlal Əliyev bildirib.

C.Əliyevin sözlərinə görə, hazırda ölkədəki iqtisadi aktivlik 3 il bundan əvvəlki vəziyyətlə müqayisədə çox aşağı səviyyədədir: «Bu baxımdan da təşkilat cəlb olunan vəsaitlərin yerləşdirilməsində müəyyən çətinliklər çəkir. Biz Avropanın investisiya fondları və bir neçə maliyyə qurumları ilə danışıqlar aparırıq. Danışıqların nəticəsi olaraq növbəti ilin yay aylarında bir neçə təşkilatdan iri həcmdə kreditlər cəlb olunacaq. Əslində kreditləri indi də cəlb etmək mümkündür. Lakin vəsaitlərin yerləşdirilməsi baxımından bu bizdə problem yarada bilər».

C.Əliyevin sözlərinə görə, ölkədə əmanətlər üzrə faiz dərəcəsinin azaldılması istiqamətində işlər aparılarsa, izafi likvidlik problemi bir qədər aradan qaldırılmış olar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR