Əfqanıstanda şəriət banklarının yaradılmasına başlanır

Əfqanıstanda şəriət banklarının yaradılmasına başlanır
# 05 yanvar 2011 11:09 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Əfqanıstan əhalisinin dini mənsubiyyəti hökuməti bank sektorunda dəyişiklik etməyə vadar edib.

APA-Economics”in məlumatına görə, Əfqanıstan hökuməti bankların şəriət qaydaları ilə fəaliyyət göstərməsinə şərait yaratmaq üçün genişmiqyaslı islahatlar aparmaq niyyətindədir.

Ölkənin Mərkəzi Bankından bildirilib ki, bu islahatlar bank sisteminə əhalinin indiyədək banklara etibar etmədiyi təqribən 3 mlrd. dollar vəsaiti cəlb etməyə imkan verəcək.

Əfqanıstan hökumətinin planlarına görə, 2012-ci ilin sonunda ölkədə azı 6 İslam bankı fəaliyyətə başlamalıdır. Artıq bununla bağlı qanun layihəsi hazırlanıb.

Qeyd edək ki, hazırda Əfqanıstandakı 17 bankdan yalnız 7-si əhaliyə cəmi iki növ xidmət təklif edir - kredit və əmanətlər. Yeni qanun isə şəriət bankçılığına uyğun olaraq əhaliyə daha çox xidmət göstərməyə, o cümlədən debit kartlar və investisiya təklifləri etməyə imkan verəcək. Bu qanun qəbul ediləndən sonra Maliyyə Nazirliyi və Mərkəzi Bank islam istiqrazları buraxmaq niyyətindədir.

Xatırladaq ki, Əfqanıstanın 29 mln. nəfər əhalisinin 99%-i müsəlmandır. 2010-cu ildə İslam maliyyəsi ilə məşğul olan maliyyə təşkilatlarının aktivləri 1 trln. dolları keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR