Qızıl ötən il 27% bahalaşıb

Qızıl ötən il 27% bahalaşıb
# 06 yanvar 2011 10:12 (UTC +04:00)
«APA-Economics» xəbər verdiyi kimi, il ərzində qızılın qiymətinin dinamikasında tədricən artım tendensiyası müşahidə olunub ki, bunun da əsas səbəbi kimi dünyada hələ də böhran əlamətlərinin qalması və əsas valyutaların kəskin dəyişkənliyini qeyd etmək olar.

Ümumilikdə, qızılın qiyməti il ərzində 1 118,7 dollardan 1 416,3 dollaradək bahalaşıb:




Göründüyü kimi, bəzi istisnalarla (mart və iyun-iyul ayları) qızılın qiymətində davamlı artım müşahidə olunub. Qızılın bahalaşmasının iki əsas səbəbi olub. İlk növbədə dünya iqtisadiyyatının bərpa əlamətlərinə baxmayaraq, investorlar hələ də fond bazarlarına ehtiyatla yanaşır və nəticədə ən risksiz aktiv sayılan qızıla yönəldilən sərmayələrin həcmi artır ki, bu da bazarda təkliflə tələbat arasındakı tarazlığı tələbatın xeyrinə pozub. Belə olan vəziyyətdə isə qiymətin artması təbiidir.

Bundan əlavə, ikinci təsiredici amil kimi dünyada bir sıra məhsullara, o cümlədən ərzaq məhsulları və xammalın bahalaşması nəticəsində yaranan inflyasiya, dolların dəyərdən düşməsi və alıcılıq qabiliyyətinin azalmasını qeyd etmək olar. Bu halda isə ümumdünya mübadilə aləti olan qızılın bahalaşması baş verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR