Azərbaycanda sığorta şirkətlərinin yeni hesabat formaları təsdiqlənib

Azərbaycanda sığorta şirkətlərinin yeni hesabat formaları təsdiqlənib
# 06 yanvar 2011 12:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığorta bazarının iştirakçıları tərəfindən sığorta nəzarəti orqanına təqdim edilməli hesabat formalarında edilən dəyişikliklərlə yanaşı, «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiqi ilə əlaqədar yeni hesabat formalarını da təsdiq edib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nazirliyə təqdim edilən hesabat formalarının yeni siyahısında sığorta (təkrarsığorta) əməliyyatları haqqında təcili hesabat (aylıq, rüblük və illik), sığorta nəzarətinin həyata keçirilməsinin əlavə maliyyələşdirilməsi üzrə məcburi ayırmalar haqqında hesabat, həmçinin sığortaçının (təkrarsığortaçının) səhmdarları və onların (səhmdarların) nizamnamə kapitalında iştirak edən şəxslər haqqında hesabatlar və digər hesabatlar yeni redaksiyada təsdiqlənib.

Eyni zamanda, «Sığortaçıların tələb olunan kapitalının müəyyənləşdirilməsi Qaydaları», «Həyat sığortası və qeyri-həyat sığortası üzrə sığorta ehtiyatlarının formalaşdırılması Qaydaları» və digər qaydalara əlavə və dəyişikliklər olunmaqla sənədlər yenidən təsdiqlənib.

Qeyd edək ki, hesabatlar 2011-ci il yanvar ayının 1-dən tətbiq olunmağa başlayıb. Nəzərdə tutulmuş hesabatların hər təqvim ayının 1-dən son tarixinədək olan dövr üzrə Dövlət Sığorta Nəzarəti Xidmətinə növbəti təqvim ayının 5-dək təqdim olunması göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR