Azərbaycanda pul bazası kəskin artıb

Azərbaycanda pul bazası kəskin artıb
# 07 yanvar 2011 09:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2011-cu il yanvar ayının 1-nə 6 397,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin əvvəli ilə müqayisədə bu göstərici 1 536,1 mln. manat və ya 31,6% artıb.

Qeyd edək ki, illik artımın 52%-i təkcə dekabr ayının payına düşür. Belə ki, dekabr ayında pul bazasında 791,6 mln. manat və ya 14,1% səviyyəsində artım baş verib.

Pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Pul kütləsi aqreqatları üzrə illik statistika Mərkəzi Bank tərəfindən hələlik açıqlanmadığına görə pul bazasının hansı tərkib hissənin hesabına bu dərəcədə artması barədə təhlil aparmaq mümkün deyil. Lakin əvvəlki ayların dinamikası bunun əsasən nağd pulların hesabına baş verməsi ilə bağlı ehtimallar yaradır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR