Azərbaycanda plastik kartların sayı 7% artıb

Azərbaycanda plastik kartların sayı 7% artıb
# 07 yanvar 2011 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda buraxılmış plastik kartların sayı 2010-cu ilin dekabrın 1-nə 4 210 min təşkil edib ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 274 min və ya 7%, ötən ilin noyabr ayında isə 107 min və ya 2,6% artıb.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, plastik kartlarla əməliyyatların tərkibində əsas yeri debet kartlar tutur. Belə ki, 2010-cu ilin yanvar-noyabr ayları ərzində debet kartlarla 39 205 min əməliyyat aparılıb, əməliyyatların həcmi 4,758 mlrd. manata bərabər olub. Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə əməliyyatların sayı 1,9%, əməliyyatların həcmi isə 9,6% artıb. Debet kartlar üzrə bir əməliyyatın ortalama həcmi 121,4 manata bərabərdir.

Həmin müddət ərzində kredit kartlarla 2 059 min əməliyyat aparılıb, əməliyyatların həcmi 543 mln. manat təşkil edib. Bu göstəricilər əvvəlki ilin yanvar-noyabrla müqayisədə müvafiq olaraq 15% və 12,9% artıb. Kredit kartlar üzrə bir əməliyyatın ortalama həcmi 263,7 manata bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR