Azərbaycanda bankomatların sayı 12% artıb

Azərbaycanda bankomatların sayı 12% artıb
# 07 yanvar 2011 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanda bankomatların sayı 2010-cu ilin dekabr ayının 1-nə 1 879 ədəd təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 206 ədəd və ya 12,3% çoxdur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin dekabrın 1-nə bankomatların 1 044-ü Bakı şəhərində, 835-i isə digər şəhər və rayonlarda yerləşib.

Eyni zamanda ölkə üzrə POS-terminalların sayı azalmaqdadır. Belə ki, dekabrın 1-nə POS-terminalların sayı 7 912 ədəd olub ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə 701 ədəd və ya 8,1% azdır. POS-terminalların 7 096-sı Bakı şəhərində, 816-sı isə digər regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR