2010-cu ildə Azərbaycanda 7,8 min şübhəli maliyyə əməliyyatı qeydə alınıb

2010-cu ildə Azərbaycanda 7,8 min şübhəli maliyyə əməliyyatı qeydə alınıb
# 08 yanvar 2011 10:29 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. 2010-cu ildə Azərbaycanda pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə (MMX) monitorinq subyektləri tərəfindən monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla əməliyyatlar barədə 51 484 məlumat daxil olub.

«APA-Economics»in xidmətin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu əməliyyatların 43 674-ü və ya 84,8%-i cari, 7 810-ü və ya 15,2%-i isə şübhəli xarakterli olub.

Ötən il həm cari əməliyyatlar (12 391), həm də şübhəli əməliyyatlara dair (1 870) ən çox məlumat ötən ilin dekabrında daxil olub. Ümumiyyətlə, ötən ilin avqustundan etibarən ay ərzində daxil olan cari əməliyyatların sayı şübhəli məlumatların sayı 1000-dən az olmayıb.

MMX onu maraqlandıran əməliyyatlarla bağlı ölkə daxilində 41, xaricə isə 3 sorğu göndərib. Paralel olaraq xidmətə ölkə daxilindən 5, xaricdən 5 sorğu daxil olub. Xidmət 2009-2010-cu illər ərzində pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə hüquq-mühafizə orqanlarına 13 məlumat göndərib. Bu məlumatlardan 1-i pulların yuyulmasına, 12-si terrorçuluğun maliyyələşdirilməsinə aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR