Beynəlxalq Sığorta Şirkəti «Ümid Yeri» uşaq evinə məktəb ləvazimatları və ərzaq yardımı təqdim edib

Beynəlxalq Sığorta Şirkəti «Ümid Yeri» uşaq evinə məktəb ləvazimatları və ərzaq yardımı təqdim edib
# 10 yanvar 2011 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan Beynəlxalq Sığorta Şirkəti «Ümid Yeri» uşaq evinin sakinlərini Yeni il münasibəti ilə isti paltar, məktəb ləvazimatları və ərzaqla təmin edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kimsəsizlər evinə dövlət tərəfindən göstərilən maddi və mənəvi köməkliyə baxmayaraq, BSŞ sosial yönümlü fəaliyyətə böyük diqqət yetirir. Belə ki, hələ 2010-cu ildə «Ümid Yeri» uşaq evinin hər bir sakininə 5 min manat məbləğində təminatı olan bədbəxt hadisələrdən sığorta şəhadətnaməsi hədiyyə olaraq təqdim edilib və şirkət bu qayğını gələcəkdə də davam etdirmək niyyətindədir.

Qeyd edək ki, BSŞ 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Hazırda şirkət fiziki və hüquqi şəxslərə 37 sığorta növü üzrə xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR