«AXA MBASK» sığorta şirkəti «Debüt Bank»ı məhkəməyə verib

«AXA MBASK» sığorta şirkəti «Debüt Bank»ı məhkəməyə verib
# 10 yanvar 2011 09:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AXA MBASK» sığorta şirkəti Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən lisenziyası ləğv edilmiş «Debüt Bank» ASC-ni məhkəməyə verib.

«APA-Economics»in 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə istinadən verdiyi məlumata görə, sığorta şirkəti tərəfindən iddianın əsas mahiyyəti sığorta şirkəti tərəfindən depozit şəklində «Debüt Bank»a yerləşdirilən vəsaitin geri qaytarılması tələbi olub.

«AXA MBASK» sığorta şirkətindən «APA-Economics»ə bildirib ki, şirkət tərəfindən «Debüt Bank»a yatırılan vəsaitin həcmi 50 min manat təşkil edib və bu ilin yanvar ayının 13-də 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində proses üzrə məhkəmə baxışı keçiriləcək.

Xatırladaq ki, 2010-cu ilin dekabr ayının 1-də AMB tərəfindən «Debüt Bank» ASC ilə yanaşı «Kövsər Bank» ASC-nin lisenziyası ləğv edilib.

«MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda Fransanın «AXA Group»un törəmə müəssisəsi olan «AXA Seguros Generales» (51%) və bir yerli fiziki şəxs (49%) çıxış edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.

Təsisçisi bir neçə yerli fiziki şəxs olan «Debüt Bank» ASC isə 1994-cü ildən fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR