Azərbaycanda Zəmanətli Pul Bazarının imkanları genişləndirilib

Azərbaycanda Zəmanətli Pul Bazarının imkanları genişləndirilib
# 10 yanvar 2011 13:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə Bakı Banklararası Valyuta Birjasının (BBVB) Mütəşəkkil Bankalararası Krediti Bazarının (MBKB) seqmenti olan Zəmanətli Pul Bazarının işinin yeni parametrləri müəyyən edilib. BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, bazarın bir iştirakçısı tərəfindən cəlb olunan kredit vəsaitlərinin maksimal həddi 1 mln. manatdan 2 mln. manatadək, kreditlərin müddəti isə 30 gündən 90 günədək artırılıb.

Qeyd edək ki, MBKB-da pul bazarının seqmenti olan Zəmanətli Pul Bazarı 2009-cu ilin oktyabrın 21-dən Azərbaycan Mərkəzi Bankı (AMB), BBVB və bir sıra market-meyker («Dəmirbank», «AGBank», «Bank Nikoil», «Standard Bank», «Paşa Bank», «Unibank» və «Bank of Baku») tərəfindən imzalanmış saziş əsasında fəaliyyət göstərir. Sonradan sazişə həmçininin «Rabitəbank», «Turanbank» və «AFB Bank» qoşulub.

Pul bazarının bu seqmentində Mərkəzi Bank öhdəliklərin icra olunmasının təminatçısı rolunu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR