Belarusun beynəlxalq valyuta ehtiyatları 11% azalıb

Belarusun beynəlxalq valyuta ehtiyatları 11% azalıb
# 10 yanvar 2011 13:51 (UTC +04:00)
Bakı - APA-Economics. Belarusun beynəlxalq valyuta ehtiyatları ötən il 11% azalaraq 5,03 mlrd. dollar təşkil edib.

APA-Economics”in “RİA Novosti”yə istinadən xəbərinə görə, halbuki Belarus hökuməti 2011-ci ilədək beynəlxalq ehtiyatlarının 6,2-7,5 mlrd. dollaradək artacağını proqnozlaşdırıbmış.

Ehtiyatların daha kəskin azalması ötən ilin dekabr ayına təsadüf edib. Ölkənin Milli Bankından bildiriblər ki, buna səbəb ilin sonunda Belarus rublunun kəskin azalacağına dair əhalinin gözləntiləri və nəticədə xarici valyutaya tələbatın kəskin artması olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR